Bank Of Baku

Azərbaycanda ATS üçün universal analizator avadanlığının alınmasına dair tender keçirilir

Azərbaycanda ATS üçün universal analizator avadanlığının alınmasına dair tender keçirilir
# 25 yanvar 2012 15:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi beynəlxalq avtomat telefon stansiyasında universal analizator (TDM, CDMA, IP, GSM, GPRS və NGN şəbəkə protokollarını dəstəkləyən) avadanlığının alınmasına dair açıq tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini fevralın 23-dək, tender təkliflərini isə fevralın 28-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru martın 5-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 598-52-75.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR