Bank Of Baku

Məhəmmədi qəsəbəsinin su təminatı yaxşılaşacaq - FOTOSESSİYA

Məhəmmədi qəsəbəsinin su təminatı yaxşılaşacaq - <font color=red>FOTOSESSİYA</font>
# 25 yanvar 2012 15:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonu Məhəmmədi qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə yeni layihənin icrasına başlanılıb. Məhəmmədi qəsəbəsini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün qəsəbədə hər birinin tutumu 2,5 min kubmetr olan 2 su anbarı tikilir. Layihəyə əsasən anbarlardan qəsəbəyə özüaxımlı rejimdə olmaqla saniyədə 32 litr su ötürüləcək.

Anbarların inşası ilə yanaşı, qəsəbədə 3,3 min metr uzunluğunda magistral və 66,5 min metr uzunluğunda şəbəkədaxili su xətləri çəkiləcək. Kanalizasiya sistemini yenidən qurmaq məqsədi ilə 66 500 metr uzunluğunda kanalizasiya xətti çəkilərək yeni tikiləcək kollektora birləşdiriləcək. Bu ilin birinci rübündə şəbəkənin yenidən qurulmasına başlanacaq və 2013-cü ildən etibarən Məhəmmədi qəsəbəsinin su təchizatı təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR