Bank Of Baku

«Azərpoçt» İB «Ultel» abunəçilərinə xidmət haqqını artırıb

«Azərpoçt» İB «Ultel» abunəçilərinə xidmət haqqını artırıb
# 26 yanvar 2012 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayavev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC və «Aztelekom» İstehsalat Birliyi arasında poçt şöbələrində abunəçilərdən xidmət haqlarının qəbulu və qəbzlərin çatdırılması barədə mərkəzləşdirilmiş qaydada müqavilə imzalanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bundan başqa Bakı şəhər poçt şöbələri tərəfindən «Ultel» abunəçilərindən xidmət haqlarının yığımı ilə bağlı «Azərpoçt»la «Ultel» arasında yeni müqavilə imzalanaraq xidmət haqqı 0,75%-dən 1,25%-ə qaldırılıb.

Qeyd edək ki, bundan öncə «Azərpoçt» vətəndaşlardan su və kanalizasiya haqlarının yığımı üçün də xidmət haqqını 1,5%-dən 2%-ə qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR