Bank Of Baku

Azərbaycanda televiziya kabel operatorlarına yeni infrastrukturdan istifadə etmək təklif olunub

Azərbaycanda televiziya kabel operatorlarına yeni infrastrukturdan istifadə etmək təklif olunub
# 26 yanvar 2012 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın televiziya kabel operatorlarına ölkə regionlarında yayımın təşkili üçün dövlətin yeni infrastrukturundan istifadə etmək təklif olunub.

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Azerbaycan Kabel Operatorları Assosiasiyasının təşəbbüsü ilə analoq yayımdan rəqəmsal formata keçidlə bağlı Bakıda keçirilən mətbuat konfransında bildirilib.

Tədbirdə qeyd olunub ki, hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ölkənin bütün regionlarında fiber-optik kabelin çəkilməsi həyata keçirilir və bir çox bölgələrdə bu işlər artıq yekunlaşıb. Azərbaycanın aparıcı televiziya kabel operatorları olan «KATV 1» və «Ailə TV» şirkətlərinə sözügedən yeni infrastrukturdan yararlanaraq rəqəmsal yayımı ölkə regionlarında da tətbiq edilməsi təklif olunub. Kabel operatorları hər hansı infrastrukturdan istifadə edərkən yalnız icarə haqqı ödəyəcəyi nəzərdə tutulur. Hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.

Qeyd edək ki, sözügedən televiziya operatorları öz infrastrukturları hesabına artıq Bakı, Abşeron, Migəçevir və Gəncədə rəqəmsal və analoq yayımı həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR