Bank Of Baku

“Aztelekom” Abşeronda yeni avadanlıqların tətbiqini genişləndirir

“Aztelekom” Abşeronda yeni avadanlıqların tətbiqini genişləndirir
# 26 yanvar 2012 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Abşeronda sakinlərin daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə yeni avadanlıqların tətbiqini genişləndirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə sakinlərin mənzillərinə yüksək keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edən Optik Şəbəkə Nöqtəsi (Optik Network Union - ONU) tipli stansiyanın tətbiqi genişləndirilir ki, həyata keçirilən tədbirlər nəticəsində Xocasən qəsəbəsində 768 nömrə tutumlu, Quşçuluq yaşayış massivinin S.Bəhlulzadə və H.Zərdabi küçələrinin hər birində 768 nömrə tutumlu, Mexkalon yaşayış massivində 512 nömrə tutumlu ONU avadanlıqlar, o cümlədən Yeni Saray və Ceyranbatan yaşayış massivlərində yeni elektron ATS tikilərək istismara veriləcək.

Qeyd edək ki, ONU stansiyası abunəçilərə NGN texnologiyası ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, IP TV, videozəng və digər multimedia xidmətlərindən istifadəsinə geniş imkanlar yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR