Bank Of Baku

Mobil qurğular üçün Azərbaycan üzrə «Eurovision-2012» müsabiqəsi ilə bağlı xüsusi əlavə hazırlanıb

Mobil qurğular üçün Azərbaycan üzrə «Eurovision-2012» müsabiqəsi ilə bağlı xüsusi əlavə hazırlanıb
# 27 yanvar 2012 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Apple» şirkəti mobil qurğular üçün Azərbaycan üzrə interaktiv biznes sorğu kitabçası və elektron xəritənin daxil olduğu pulsuz «Azerbaijan Pages» əlavəsi hazırlayıb.

«APA-Economics»in məlumatına görə, bu əlavə Azərbaycan, ingilis və rus dillərində işləyir və onu «Apple» şirkətinin onlayn əlavələr mağazasından yükləmək mümkündür.

Proqramda muzeylər və teatrlar, kafe və restoranlar, mehmanxanalar, gecə klubları və kinoteatrlar, butik və fitnes klubları, bank və bankomatlar, dövlət idarələri, müxtəlif məhsul və xidmətlərin istehsalçıları və distribütorları haqqında məlumat yerləşdirilib.

Bundan başqa, internetdən istifadə etməklə qurğuda quraşdırılmış GPS modulu vasitəsilə istənilən obyektə marşrut çəkmək mümkündür.

Sözügedən əlavənin «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi müddətdə minlərlə xarici qonaqlar arasında xüsusilə aktual olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR