Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri: “Böhran dövründə gömrük orqanları iqtisadi və dövlət təhlükəsizliyini qorumalı, idxal-ixrac prosedurlarını sadələşdirməlidir”

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri: “Böhran dövründə gömrük orqanları iqtisadi və dövlət təhlükəsizliyini qorumalı, idxal-ixrac prosedurlarını sadələşdirməlidir”
# 27 yanvar 2012 08:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünyadakı iqtisadi böhran şəraitində gömrük orqanlarının üzərinə düşən əsas vəzifə iqtisadi və dövlət təhlükəsizliyinin qorunması, eləcə də idxal-ixrac prosedurlarının maksimum sadələşdirilməsidir. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, hələ bir neçə il əvvəl Ümumdünya Gömrük Təşkilatı gömrük işi ilə bağlı çərçivə standartları hazırlayıb: “Bu standartlarda gələcəkdə baş verə biləcək böhranla bağlı proseslər də əksini tapıb”.

A.Əliyev qeyd edib ki, böhran dövründə gömrük orqanları üzərinə düşən əsas məsələ iqtisadi və dövlət təhlükəsizliyinin qorunmasıdır: “Bura dövriyyəsi qadağan olunmuş maddələrin, əşyaların keçirilməsinin qarşısını almaq daxildir. Eyni zamanda böhran şəraitində onsuz da ticarət dövriyyəsi və istehsal aşağı düşür. Ona görə də gömrük orqanları idxal-ixrac prosedurlarını maksimum sadələşdirməyə çalışmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR