Bank Of Baku

Frankfurt-Bakı-Aşqabad aviareysi yerinə yetirən təyyarə məcburən Bakıya qayıdıb

Frankfurt-Bakı-Aşqabad aviareysi yerinə yetirən təyyarə məcburən Bakıya qayıdıb
# 27 yanvar 2012 09:10 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Lufthansa»nın Bakıdakı ofisindən bildirilib.

Ofisdən verilən məlumata görə, ötən gün Frankfurtdan Bakıya enən təyyarə saat 22:10-da Aşqabad istiqamətində havaya qalxıb. Lakin Aşqabadda hava şəraiti əlverişsiz olduğundan təyyarə saat 22:46-da yenidən Bakı aeroportuna qayıdıb: «Sözügedən aviareysin bu gün saat 23:00-da yerinə yetiriləcəyi gözlənilir. Əgər həmişə aviareys Frankfurt-Bakı-Aşqabad və Aşqabad-Bakı-Frankfurt marşrutu üzrə yerinə yetirilirdisə, hazırkı vəziyyət nəzərə alınaraq, aviareys Bakı-Aşqabad-Frankfurt marşrutu üzrə yerinə yetiriləcək, yəni Aşqabaddan təyyarə birbaşa Frankfurta uçacaq».

Sözügedən aviareysi yerinə yetirən «Airbus-340-300» avialaynerinin göyərtəsində olan və Aşqabada uçan sərnişinlərə gəldikdə isə, hazırda bütün sərnişinlər Bakı hava limanında yerləşdirilib: «Sərnişinlərə rahat şərait yaradılıb, yemək verilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR