Bank Of Baku

Bölgələrdə «Azərpoçt»un yeni poçt şöbə və agentlikləri fəaliyyətə başlayıb

Bölgələrdə «Azərpoçt»un yeni poçt şöbə və agentlikləri fəaliyyətə başlayıb
# 27 yanvar 2012 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən ölkənin bir sıra bölgələrində yeni poçt şöbə və agentlikləri fəaliyyətə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Azərpoçt» Abşeron PF-də At yalı, İmişli RPF-də Allahmədətli, Saatlı PF-də Novruzlu və Samux PF-də 2 saylı, Xocalı RQ-də Xankəndi, Göygöl PF-də Balçılı, Siyəzən PF-də 1 saylı, Balakən PF-də 1 saylı poçt şöbələri, eyni zamanda, Şamaxı RPF-də 1-ci Çaylı, Şəhriyar, Quba PF-də Şuduq, Tovuz RPF-də Girzan, Sabirabad PF-də Qasımbəyli poçt agentlikləri açılıb.

Qeyd edək ki, ən müasir tələblər səviyyəsində tikilən poçt şöbələri əhaliyə bütün poçt xidmətləri ilə yanaşı, bank və maliyyə xidmətləri də göstərməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR