Bank Of Baku

Azərbaycanın dəmir yolu nəqliyyatında sərnişin daşınması 27% azalıb

Azərbaycanın dəmir yolu nəqliyyatında sərnişin daşınması 27% azalıb
# 27 yanvar 2012 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 22,1 mln. ton yük və 3 488,4 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu illə müqayisədə dəmir yolu nəqliyyatı ilə yük daşımalarının həcmi 1,1%, sərnişin daşınması isə 27,4% azalıb.

«Orta hesabla sutkada 694 vaqon yüklənib, 493 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 30,6 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton və Cənub istiqaməti üzrə isə 3,4 min ton yüklənmə işi yerinə yetirilib», - deyə Komitədən bildirilib.

Eyni zamanda, hesabat ilində dəmir yolu nəqliyyatında yük dövriyyəsi 2010-cu ilin yanvar-dekabr ayları ilə müqayisədə 5,1% azalaraq 7 828,1 mln. ton/km, sərnişin dövriyyəsi isə 28% azalaraq 660,7 mln. sərnişin/km təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR