Bank Of Baku

Bakı-Ankara aviareyslərinin sayı artırılacaq

Bakı-Ankara aviareyslərinin sayı artırılacaq
# 27 yanvar 2012 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Ankara aviareyslərinin sayını artırır.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, mart ayının 25-dən etibarən Bakı-Ankara-Bakı aviareyslərinin sayı 4-ə çatdırılacaq: «Əgər hazırda sözügedən marşrut üzrə uçuşlar hər həftənin I, IV və VI günləri yerinə yetirilirsə, martın 25-dən etibarən Bakıdan Ankaraya və əks istiqamətə uçuşlar həftənin III günləri də həyata keçiriləcək».

Qeyd edək ki, Bakı-Ankara aviareysi «Airbus» tipli təyyarə ilə yerinə yetirilir. Hazırda hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 339 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR