Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 7% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 7% artıb
# 27 yanvar 2012 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 6,7% artaraq 12,5 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 57,9%-ni neft yükləri, 42,1%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

Ötən il ərzində dəniz limanlarında 11,9 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib ki, əvvəlki ilə nisbətən bu göstərici 10,3% artıb: «İşlənmiş yüklərin 85,5%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 7,5%, idxal yüklərin həcmi isə 47,7% artıb».

Cari ilin yanvarın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 72 min ton və ya əvvəlki illə müqayisədə 27,4% çox idxal yüklərin qalığı olub.

Eyni zamanda, 2011-ci ildə dəniz nəqliyyatında yük dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 7,3% artaraq 5 212,6 ton/km təşkil edib.

Sözügedən nəqliyyat vasitəsilə sərnişindaşımalarına gəldikdə isə, hesabat ilində dəniz nəqliyyatı ilə 17,7 mln. nəfər daşınıb. Bu da əvvəlki ilə nisbətən 47,5% çoxdur. Sərnişin dövriyyəsi 2011-ci ildə 44,4% artaraq 6,5 sərnişin/km olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR