Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Tatarıstana səfər edib - FOTOSESSİYA

Azərbaycanın fövqəladə hallar naziri Tatarıstana səfər edib - <font color=red>FOTOSESSİYA</font>
# 28 yanvar 2012 07:31 (UTC +04:00)
Bu barədə APA Tatarıstan Fövqəladə Hallar və Mülki Müdafiə İşləri üzrə Nazirliyinə istinadən məlumat verib.
Kazan şəhərinə gələn Azərbaycan nümayəndə heyətini Tatarıstanın baş naziri, Kazan Mülki Müdafiə İdarəsinin rəisi və digər rəsmi şəxslər qarşılayıblar.
K.Heydərov səfər çərçivəsində həmçinin Tatarıstan FHN-in Baş İdarəsində yanğın söndürmə texnikaları sərgisi və Rusiya FHN-in Tatarıstan Respublikası üzrə idman maneji ilə tanış olub.
Daha sonra keçirilən ikitərəfli görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti «İT Park» adlı yüksək texnologiyalar sahəsinə baş çəkib. Burada «112» vahid telefon nömrəsi vasitəsilə təcili xidmətlərin çağırışının təminatı sisteminin pilot layihəsi ilə tanış olublar. Azərbaycan heyətinə sistemin iş prinsipi əyani nümayiş etdirilib. Böyük monitorda real vaxt rejimi rejimində GPS və QLONASS-ın peyk sistemlərinin köməyi ilə xüsusi nəqliyyatın sürət rejimi izlənilib. Qeyd olunub ki, vahid telefon nömrəsi vasitəsilə təcili xidmətlərin çağırışı sisteminin layihəsi qısa müddətə fövqəladə vəziyyətin baş verdiyi yeri aşkar etməyə və operativ xidmətləri ora yönləndirməyə imkan verir.
Qeyd edək ki, Azərbaycan FHN-in nümayəndə heyəti səfər çərçivəsində Tatarıstanın ən böyük müəssisələrindən olan «Kazan Helikopter Zavodu»nda, «KaMAZ» ASC-də, «Taneko» ASC-də də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR