Bank Of Baku

Azərbaycanda yol polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanda yol polisi gücləndirilmiş iş rejiminə keçib
# 28 yanvar 2012 08:09 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda güclü qarın yağması ilə əlaqədar yol polisləri gücləndirilmiş iş rejimində çalışırlar. Bu barədə APA-ya Respublika Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev yollarda hərəkətin intensiv olduğunu qeyd edib: “Enişli-yoxuşlu olan bütün yollara qum səpilib. Havaların soyuması ilə əlaqədar yol qəzalarının sayında artım yoxdur. Yanvarın 27-dən 28-nə keçən gecə respublika ərazisində 6 yol nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzaları nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb”.

K.Əliyev yol qəzalarının baş verməməsi və yollarda tıxacların yaranmaması üçün bir daha sürücülərə müraciət edib: “Təcrübəsiz və avtomobili nasaz olan sürücülərdən xahiş edirik ictimai nəqliyyatdan istifadə etsinlər. Nəqliyyat vasitəsini nasaz şəkildə idarə edən sürücülərə inzibati tənbeh veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR