Bank Of Baku

«Azəryolservis» ASC: «Azərbaycan paytaxtda bağlı yol yoxdur, bütün yollar işləkdir»

«Azəryolservis» ASC: «Azərbaycan paytaxtda bağlı yol yoxdur, bütün yollar işləkdir»
# 28 yanvar 2012 10:09 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolsevis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Bakı və regionlarda yolların təmizlənməsinə yanvarın 27-si axşamdan müvafiq qurumların bütün heyətinin cəlb edildiyini bildirən P.Mürsəliyevin sözlərinə görə, hazırda Bakıda bağlı yol yoxdur: «Paytaxtda bağlı yol yoxdur, bütün yollar işləkdir, amma qar yağdıqca onlar yenidən təmizlənir».

Eyni tədbirlər ölkənin regionlarında və respublika əhəmiyyətli yollarında da davam edir. P.Mürsəliyev bildirib ki, hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə oluna 700-ə yaxın texnika var. Bakıda belə texnikaların sayı 350-dir. Paytaxtda onlardan yalnız 160-ı istifadə olunur: «İndi bu qədər texnika işləri aparmaq üçün kifayət edir. Hava şəraiti və yollarda vəziyyət daha da pisləşərsə, ehtiyatlardan da istifadə olunacaq».

Yolların təmizlənməsində duz və qumdan da istifadə olunur. ASC-nin bununla bağlı ehtiyatları da kifayət qədərdir. Belə ki, hazırda «Azəryolservis» ASC-nin duz ehtiyatı respublika əhəmiyyətli yollar üzrə 1 800 tona yaxın, Bakı üzrə 100 tona yaxındır: «Qum ehtiyatı isə respublika üzrə 25 min kubmetr, Bakı üzrə 15 mindən artıqdır».

ASC nümayəndəsi yollarda problemlərin yaranmamağı üçün avtomobili nasaz olanları və ya maşını yaxşı idarə edə bilməyənləri yola çıxmamağa çağırır. Onun sözlərinə görə, nasaz maşınlar bəzən hərəkət hissəsində dayanaraq digər maşınların da yolunu kəsir, bununla da yollarda tıxac və problemlər yaranır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR