Bank Of Baku

Hava şəraiti ilə əlaqədar Astana-Bakı aviareysi təxirə salınıb

Hava şəraiti ilə əlaqədar Astana-Bakı aviareysi təxirə salınıb
# 30 yanvar 2012 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hava şəraitinin əlverişsiz olması səbəbindən Astana-Bakı aviareysi təxirə salınıb. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata əsasən, Astanada (Qazaxıstan) hava şəraiti uçuş üçün əlverişsizdir və məhz bu səbəbdən bu gün saat 09:10-da «Skat» aviaşirkətinin Astana-Bakı marşrutu üzrə havaya qalxmalı olan təyyarənin uçuşu saat 11:15-dək təxirə salınıb: «Bu səbəbdən bu gün saat 13:30-də yerinə yetirilməli Bakı-Astana aviareysi də saat 15:50-dək təxirə salınıb».

Aeroportdan həmçinin bildirilib ki, Bakıdan digər şəhərlərə beynəlxalq və daxili aviareyslər qrafik üzrə yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR