Azərbaycanda gömrük xidmətinin yaradılmasının 20 illiyi təntənəli şəkildə qeyd olunub - FOTOSESSİYA
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, 1994-cü ildə gömrük orqanları büdcəyə cəmi 3,5 mln. manat gömrük vergi və rüsumları ödəmişdisə, 2011-ci ildə bu rəqəm 1 mlrd. 141 mln. manata çatıb: «Hazırda 2012-ci il üçün ötən ilə nisbətən 60 mln. manat artıq nəzərdə tutulan proqnozların yerinə yetirilməsi üçün zəruri tədbirlər görülür».
A.Əliyev qeyd edib ki, 2011-ci ildə «Gömrük tarifi haqqında» yeni qanun layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq orqanlara təqdim edilib. Bundan başqa, hazırda Xudat gömrük məntəqəsinin, Biləsuvar və Tovuz gömrük məntəqələrində isə gömrük anbarlarının tikintisi davam edir.
Tədbirdə çıxış edən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) rəsmiləri və xarici qonaqlar Azərbaycanın gömrük xidmətinin fəaliyyətini yüksək qiymətləndiriblər. ÜGT-nin Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Valeri Mikeladze gömrük xidmətinin Azərbaycanın iqtisadi həyatında və qaçaqmalçılıqla mübarizədə mühüm rol oynadığını gördüyünü bildirib.
Avstriya Maliyyə Nazirliyinin baş əməkdaşı Mixail Kraşek isə bildirib ki, Azərbaycan regionun mərkəzi ölkəsi olaraq dünyanın gömrük ailəsinə dərin nüfuz edib: «Ümid edirəm ki, Avstriya və Azərbaycanın gömrük əməkdaşlığı bundan sonra da davam edəcək».
Varşava Gömrük və Logistika Kollecinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru, gömrük sahəsində dünyanın ən məşhur mütəxəssislərindən sayılan Veslav Çijoviç Azərbaycanın bu 20 ildə gömrük sahəsində nail olduqlarına başqa ölkələrin daha uzun müddətdə çatdığını bildirib: “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycan gömrüyü bizim əsas tərəfdaşımızdır”.
V.Çijoviç bildirib ki, 2012-ci ildə Azərbaycanda və Polşada dünya əhəmiyyətli tədbirlər – Polşada futbol üzrə Avropa çempionatı, Azərbaycanda isə «Eurovision» mahnı yarışması keçiriləcək: «Bu tədbirlər Azərbaycana və Polşaya turistlərlə yanaşı investorları da cəlb edəcək. Buna görə də bu sahədə təcrübəni bölüşmək lazımdır».
Polşalı mütəxəssis Azərbaycanda gömrük sahəsində kadrların yetişdirilməsi üçün yaradılmış şəraitin və bununla bağlı görülən işlərin analoqu olmadığını bildirib: “Kadrların hazırlanması və təkrar hazırlanması üzrə ən böyük mərkəz Məhz Bakıda yaradılır. ÜGT-nin digər 3 regional tədris mərkəzində belə imkanlar yoxdur. Gömrük Akademiyasının yaradılması isə gömrük sahəsində yüksək səviyyəli kadrların yetişdirilməsinə imkan verəcək”.
İsveç Gömrük Xidmətinin gömrük siyasəti departamentinin direktoru Lars Karlson Azərbaycan gömrüyünün nəinki regionda, «bütün gömrük icmasında pioner təşkilat kimi tanındığını» bildirib və bu sahədəki əməkdaşlığı yüksək qiymətləndirib.
Tədbirdə gömrük orqanı əməkdaşlarının peşə bayramı münasibətilə dövlət başçısının fərman və sərəncamları oxunub.
Qeyd edək ki, bu münasibətlə təltif olunanlardan biri - DGK-nın müstəntiqi Ülvi Zülfüqarov xarici vətəndaşlardan ibarət mütəşəkkil cinayətkar qrupun ifşa olunmasında mühüm rol oynayıb. Bu qrup poçt göndərişləri vasitəsilə Azərbaycandan Avropa ölkələrinə narkotik maddələrin göndərilməsi ilə məşğul imiş.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
ABŞ İranda hərbi hədəflərə zərbə endirməyə başlayıb
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil