Bank Of Baku

“Azərekspresspoçt”un “qapıdan-qapıya” prinsipi ilə maraqlanan şirkətlərin sayı artır

“Azərekspresspoçt”un “qapıdan-qapıya” prinsipi ilə maraqlanan şirkətlərin sayı artır
# 31 yanvar 2012 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərpoçt» MMC-nin «Azərekspresspoçt» poçt ekspress xidmətinin tətbiq etdiyi «door-to-door» (qapıdan-qapıya) prinsipi üzrə internet-bazarlığın çatdırılması üzrə vasitəçilik xidməti ilə daha bir neçə şirkət maraqlanır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, xarici ölkələrin müvafiq poçt bölmələri tərəfindən tətbiq edilən xidmətin tariflərinin münasib olması ona marağı bir qədər də artırıb.

Qeyd edək ki, EMS («Express Mail Service») xidməti 1990-cı ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən yaradılıb və 1998-ci ildə ÜPİ çərçivəsində poçt administrasiyaları arasında EMS xidmətini əlaqələndirmək və xidmətin dünya bazarında irəliləməsi üçün EMS kooperativi yaradılıb. Hazırda dünyanın 190-dan artıq ölkəsində EMS xidməti göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR