Bank Of Baku

Azərbaycanda avtomobillər bahalaşıb

Azərbaycanda avtomobillər bahalaşıb
# 30 yanvar 2012 15:54 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə avtomobil bazarını araşdıran «Əmlak Bazarı iştirakçıları» İctimai Birliyindən məlumat verilib.

Birliyin məlumatına görə, ötən ilin dekabrında Azərbaycanın avtomobil bazarında qiymətlər əvvəlki aya nisbətən 1,3% artıb. İndi bazarda bir avtomobilin orta qiyməti 16 150 dollar təşkil edir. Dekabrda bazarda dinamikanın artımı müşahidə olunub. Bu özünü satış mərkəzlərinə müraciət edənlərin sayının, eləcə də avtomobil alqı-satqısı üzrə bağlanan əqdlərin artmasında göstərib. Bazarda təklif 2,6% artıb, eyni zamanda avtomobilə tələbat yüksəlib. Nəticədə, avtomobillərin satış müddəti cüzi də olsa (1%) azalıb – indi maşını orta hesabla 44,6 günə satmaq olur.

Bazarda ayrı-ayrı avtomobillərin payına gəlincə, ƏBİ-nin məlumatına görə, uzun illərdir təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in bazar payı dekabrda 1,4 faiz bəndi azalsa da, «Mercedes-Benz» (31,8%) ötən aylarda olduğu kimi digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması qeydə alınıb. Təklif üzrə ən çox artım (4,1%) «VAZ» avtomobillərində qeydə alınıb. Bunu əsas səbəblərindən biri taksi fəaliyyəti ilə bağlı tətbiq olunan yeni qaydalardır. Belə ki, taksi fəaliyyətində sovet istehsalı olan avtomobillərlə bağlı məhdudiyyətlər bu markalardan olan maşınların bazara təklifini artırıb.

Ümumilikdə, 9 markanın təklif üzrə payı 83,7% təşkil edib. Qalan 16,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib. Amma ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən sonra istehsal olunmuş avtomobillərə keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR