Bank Of Baku

Azərbaycan hökuməti «Eurovision-2012» müsabiqəsinə hazırlığın sürətləndirilməsi ilə bağlı sərəncam verib

Azərbaycan hökuməti «Eurovision-2012» müsabiqəsinə hazırlığın sürətləndirilməsi ilə bağlı sərəncam verib
# 30 yanvar 2012 16:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qurumlarına aidiyyəti şirkətlərlə müqavilələrin tender keçirilmədən birbaşa bağlanmasına icazə verilib.

Sərəncamda bildirilir ki, bu addım mayda Bakı şəhərində keçiriləcək «Eurovision» mahnı müsabiqəsinin yüksək keyfiyyətli yayımla və zəruri rabitə vasitələri ilə təmin edilməsi üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin sürətləndirilməsi məqsədi daşıyır.

Beləliklə, sərəncama görə, Avropa Yayım İttifaqı ilə razılaşdırılmış sxemə əsasən, müəyyənləşdirilmiş avadanlıqların qısa müddətdə alınaraq quraşdırılmasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, aidiyyəti şirkətlərlə RİTN-in rabitə birlikləri arasında birbaşa müqavilələrin bağlanmasına icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR