Bank Of Baku

Azərbaycanda köhnə evlər ucuzlaşıb

Azərbaycanda köhnə evlər ucuzlaşıb
# 30 yanvar 2012 16:14 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə bazar araşdıran «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib. Birliyin məlumatına görə, təkrar bazarda qiymət 959 dollar/kv.m-dən 955 dollar/kv.m-ə enib.

Köhnə mənzillərin ucuzlaşmasına təklifin tələbi kəskin üstələməsi, mənzillərin reablitasiya imkanlarının və nağd satışın məhdudlaşması səbəb olub.

Ümumiyyətlə, dekabrda bazardakı aktivlik aşağı düşüb – ötən ay bağlanan əqdlərin sayı 0,5% azalıb. Səbəbi ilin sonu ilə əlaqədar olaraq ipoteka proseslərinin zəifləməsidir. Araşdırmalar göstərib ki, dekabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar əvvəlki kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin münasibliyidir. Araşdırmalara əsasən, bazarda qiymətlər azaldıqca bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi bu iki rayonun üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.

Dekabr ayında satışda olan mənzillərin 78,7%-i 4 rayonun - Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının payına düşüb: «Bunun səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır».

Dekabrda heç bir rayonda qiymət artımı baş verməyib. Ən çox qiymət azalması isə Sabunçu rayonunda (1,2%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR