Bank Of Baku

Heybət-Biləcəri dəmir yolunun təmiri bu gün başa çatır - FOTO

Heybət-Biləcəri dəmir yolunun təmiri bu gün başa çatır - <font color=red>FOTO</font>
# 31 yanvar 2012 06:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı-Böyük Kəsik dəmir yolunun Heybət-Biləcəri mənzilinin 528-518-ci kilometrində 11 km yolun əsaslı təmiri bu gün başa çatır. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-dən məlumat verilib. Qeyd edək ki, dəmir yolunun həmin hissəsində əsaslı təmir işlərinə yanvarın 7-də başlanıb.

Xatırladaq ki, ümumi uzunluğu 317 km olan dəmir yolunda əsaslı təmir işləri Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində aparılır. Təmir işləri Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir yolu ticarəti və nəqliyyatının dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiya «Eximbank»ının ayırdığı 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.

Qeyd edək ki, Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR