Bank Of Baku

Azərbaycan «Metallurq» İdman Kompleksini satışa çıxarıb

Azərbaycan «Metallurq» İdman Kompleksini satışa çıxarıb
# 31 yanvar 2012 09:04 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, investisiya müsabiqəsi Azərbaycan prezidentinin «Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında» 2006-cı il 23 avqust sərəncamının icrası çərçivəsində elan edilib.

Müsabiqədə Azərbaycanın hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.

Qeyd edək ki, «Metallurq» İdman Kompleksi Gəncə şəhəri, T.Arani küçəsi,6 ünvanında yerləşir. Kompleksin qeyri-maddi aktivləri, işçiləri, maliyyə öhdəlikləri və debitor borcları yoxdur. Kompleksin start satış qiyməti 265 625 manatdır. Müsabiqə şərtlərinə görə, iştirakçılar Kompleksin fəaliyyətini bərpa etmək məqsədi ilə təmir-bərpa və yenidənqurma işləri, yeni iş yerlərinin yaradılması və işçilərin sosial təminatına dair təklifləri, eləcə də alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin 5%-ə qədərinin pul vəsaiti şəklində kompleksin hesablaşma hesabına köçürüləcək məbləği və ondan istifadəyə dair təklifləri əks etdirən, investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə İnvestisiya Proqramı təqdim etməlidir. Bundan başqa, iştirakçılar dövlət büdcəsinə 100 min mantdan az olmamaq şərti ilə ödəniləcək pul vəsaitinə dair təklif verməlidir.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar 30 min manat məbləğində beh və ya bununla bağlı hər hansı bankın qarantiya məktubunu, eləcə də özləri barədə məlumatları (hüquqi şəxslər təsis sənədləri və nizamnamənin surətini və fəaliyyət barədə məlumat, fiziki şəxslər şəxsi və sahibkarlıq fəaliyyəti barədə məlumatları) açıq zərfdə təqdim etməlidir. İnvestisiya Proqramı və dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təkliflər isə möhürlənmiş zərfdə təqdim edilməlidir.

Müsabiqənin qalibi 30 gün müddətində kompleksin alqı-satqı müqaviləsinin imzalanmasını, alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, 90 təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5%-ə qədər olan hissəsinin pul vəsaiti şəklində kompleksin hesablaşma hesabına köçürülməsini təmin etməlidir. İddiaçılar kompleks ilə bağlı aidiyyəti sənədlərlə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, eləcə də ərizə və təkliflər vermək üçün fevralın 29-dək Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilərlər. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təklifləri martın 2-dən başlayaraq qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR