Bank Of Baku

Azərbaycana yeni «Renault Megane» avtomobili gətirilib

Azərbaycana yeni «Renault Megane» avtomobili gətirilib
# 31 yanvar 2012 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Renault» avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan «Nurgün Motors» şirkəti ölkəyə yeni «Renault Megane» modelinin heçbek versiyasını idxal edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni model MDB ölkələrinin, o cümlədən Azərbaycanın iqlim və yol örtüklərini nəzərə alınaraq istehsal olunub. «Renault Megane» avtomobilinin Azərbaycan bazarına iki variantı gətirilib. Bunlardan biri benzin mühərrikli, 1,6 litr həcmli (106 at gücü), dördpilləli avtomatik sürətötürücü qutu ilə, digəri isə benzin mühərrikli, 2 litr həcmli (138 at gücü), yeni pilləsiz CVT transmissiya ilədir. Modelin ilk variantının start qiyməti 17,6 min manat, ikinci variantın start qiyməti isə 19,9 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR