Bank Of Baku

ABŞ-da irimiqyaslı infrastruktur layihələrinə 260 mlrd. dollar sərf oluna bilər

ABŞ-da irimiqyaslı infrastruktur layihələrinə 260 mlrd. dollar sərf oluna bilər
# 31 yanvar 2012 14:02 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ hökuməti böhrandan çıxmaq üçün köhnə - “Böyük Depressiya” illərində sınaqdan çıxmış metoda əl atmaq qərarına gəlib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, söhbət irimiqyaslı infrastruktur layihələrinin icrasından gedir.

ABŞ Nümayəndələr Palatasının Nəqliyyat komitəsinin respublikaçı sədri Con Mika ölkə infrastrukturunun inkişafı üzrə plan hazırlayıb. Sənəddə yol çəkilişlərinə, körpülərin və digər obyektlərin tikintisinə 260 mlrd. dollar vəsait sərf olunması nəzərdə tutulur.

Yaxın beş il üçün nəzərdə tutulan planın gerçəkləşməsi nəticəsində ABŞ-da minlərlə yeni iş yerinin açılacağı gözlənilir. Bu, həm də son illər durğunluq keçirən inşaat sektorunun inkişafına və nəqliyyat infrastrukturunun yenilənməsinə təkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR