Bank Of Baku

Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqları NGN şəbəkəsinə keçirilir

Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqları NGN şəbəkəsinə keçirilir
# 01 fevral 2012 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqlarının NGN (Next Generation Network) şəbəkəsinə keçirilməsinə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu istiqamətdə işlərin I rübün sonunadək başa çatdırılması planlaşdırılır. İşlərin başa çatmasından sonra Şərur rayonu üzrə gələcək nəsil şəbəkəsinə keçirilən nömrələrin sayı təxminən 6 min ədəd, Sədərək rayonu üzrə isə təxminən 2 min ədəd təşkil edəcək.

Qeyd edək ki, NGN texnologiyası strukturuna görə daha sadə və səmərəli şəbəkə konfiqurasiyasına malik ən müasir yeni telekommunikasiya sistemidir. Bu texnologiya istifadəçilərə multimedia və ənənəvi telefon xidmətləri göstərmək imkanları yaradır. NGN-nin infrastrukturu əsasında qurulmuş şəbəkəyə mövcud telefon şəbəkələrinin göstərə bilmədiyi bir sıra (Video, Data, İPTV və s) xidmətləri təşkil etməyə imkan verən ən müasir İP/ATM texnologiyaları əsasında qurulmuş texniki vasitələr toplusudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR