Bank Of Baku

Azərbaycanın bölgələrində yeni elektron ATS-lər istifadəyə verilib

Azərbaycanın bölgələrində yeni elektron ATS-lər istifadəyə verilib
# 01 fevral 2012 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi tərəfindən regionlarda vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə hazırlanan geniş tədbirlər planına uyğun olaraq yeni elektron ATS-lər (EATS) istifadəyə verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Aztelekom» tərəfindən Ağsu, Ağdam, Kürdəmir, Bərdə, İsmayıllı, Gədəbəy, Tərtər, Biləsuvar, Balakən, Qobustan, Qusar, Daşkəsən, İmişli, Lənkəran, Masallı, Şamaxı, Şəmkir, Hacıqabul, Göyçay və Füzuli rayonlarının 40 kənd yaşayış məntəqələrində, Şabran rayon mərkəzində yeni EATS quraşdıraraq istismara verib.

Qeyd edək ki, həyata keçirilən işlər «Elektron Azərbaycan» Dövlət Proqramının tərkib hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR