Bank Of Baku

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatıb

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatıb
# 01 fevral 2012 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il üçün “2008-2012-ci illərdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci ildə görülmüş işlərə yekun vurulub.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində dövlət proqramı çərçivəsində təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə ölkə üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilib. Həmçinin respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunub.

Eyni zamanda 2011-ci ildə xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzi, o cümlədən mərkəzdəki müəllim və şagirdlər üçün kompyuter dəstləri və zəruri şəbəkə avadanlığı təqdim olunub.

Bundan əlavə, «Elektron Təlimləndirən Sistemlər» layihəsi çərçivəsində müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün təhsil portalının hazırlanması işlərinə başlanıb.

Bununla yanaşı, 146 nömrəli Qaynar Xətt xidmətində 2011-ci il ərzində 3 mindən çox zəng qəbul edilib və müvafiq texniki dəstək xidmətləri göstərilib. Nəticə olaraq 2009-cu ildən indiyədək qəbul olunmuş zənglərin sayı 7 minə çatıb.

Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilib. Ölkə üzrə şəhər və rayonlarda 32 min ədəd kompyuterə texniki xidmət göstərilib. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci ilin sonuna qədər 1200-ə çatdırılıb.

Məlumat və Resurs Mərkəzində «Elektron Sənəd Dövriyyəsi»nin dəstəklənməsi və məsləhət xidmətləri göstərilib.

Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqaməti çərçivəsində Milli Təhsil Portalına əlavə funksiyalar tətbiq edilib. Bununla yanaşı, müəllimlərin elektron işə qəbulu proqramı hazırlanıb.

Müasir texnologiyalar əsasında qurulan interaktiv «Məktəb xəritəsi» proqramı artıq Bakı şəhərində fəaliyyətə başlayıb və şəhər üzrə yerləşən təhsil müəssisələri burada öz əksini tapıb. Xəritədə Bakı şəhəri üzrə yerləşən təhsil müəssisələri göstərilmiş, proqram təminatı vasitəsi ilə məktəblər arası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və sair kimi məlumatları əldə etmək mümkün olub.

Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması istiqaməti üzrə Təhsilin İdarəolunması Məlumat Sistemlərinin (TİMS) bazası və Milli Təhsil Məlumat (MTM) bazası arasında məlumat mübadiləsi təmin olunmaqla yanaşı, əlavə funksionallar da tətbiq olunub.

Kadr potensialının gücləndirilməsi istiqaməti üzrə 2011-ci il ərzində 3,7 min nəfərinzibati-idarəetmə heyəti İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak edib. Təhsil sisteminin 21,3 min nəfər pedaqoji heyəti və 355 nəfər texniki heyət də İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak edib.

Əlavə olaraq «Elektron məktəb» pilot layihəsində iştirak edən məktəblərin 250 müəllimi üçün daha genişformatlı təlimlər keçirilib. Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 300 nəfər pedaqoji heyəti üçün «1 şagird-1 kompyuter» layihəsi, 300 nəfər üçün «Həmkara Dəstək» layihəsi, 350 nəfər pedaqoji heyəti üçün «Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması» layihəsi üzrə treninqlər təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR