Bank Of Baku

Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar olunan müxtəlif adda məhsullar məhv edilib - FOTOSESSİYA - YENİLƏNİB

Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar olunan müxtəlif adda məhsullar məhv edilib - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB</font>
# 01 fevral 2012 10:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Sumqayıt yaxınlığında fəaliyyət göstərən məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda respublika ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar olunan mallar məhv edilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə “Azərterminalkompleks” Xüsusi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən məhvetmə komissiyasının və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri iştirak edib.

Məhv edilən məhsullar sırasında tütün məmulatları (44 013 qutu), dərman preparatları (5120 ədəd, 85 flakon, 11 786 konvalyut), spirtli içkilər (1430 şüşə araq, 887 pivə, 260 litr çaxır, 73 litr spirt), müxtəlif adda şirələr və qatılaşdırılmış süd, Ermənistan istehsalı olan 9 ədəd konyak (Xaçmaz gömrük idarəsi tərəfindən saxlanılıb), pirotexniki vasitələr (3080 qutu və 3098 ədəd), üzərində “Knauf” yazılmış etiketlər (95 min ədəd), avtoşampun (564 ədəd) olub.

DGK əməkdaşı Ceyhun Hüseynli bildirib ki, adı çəkilən malların son 6 ayda ayrı-ayrı fiziki şəxslər tərəfindən gömrük sərhədindən qanunsuz yollarla keçirilməsinə cəhd edilib. Lakin onlar gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb və müvafiq araşdırma aparılmaqla müsadirə edilib: “Həmin malların bəzilərinin istifadə müddəti bitib, bəzilərinin fiziki-kimyəvi tərkibi standartlara uyğun deyil, bəzi malların isə ştrix-kod göstəriciləri Azərbaycanda istifadə edilmədiyindən, məhkəmə ləğv edilmələrinə qərar verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR