Bank Of Baku

Bakıda telefon abunəçilərinin sayı 778 min nəfərə çatıb

Bakıda telefon abunəçilərinin sayı 778 min nəfərə çatıb
# 01 fevral 2012 11:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı şəhərində telefon abunəçilərinin sayı 778 min nəfərə çatıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı Şəhər Telefon Şəbəkəsində son illər aparılmış rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın ümumi istifadəli telefon şəbəkəsi beynəlxalq standartlara uyğun qurulub: «Burada Optik Şəbəkə Nöqtəsi («Optik Network Union» - ONU) avadanlıqlarının tətbiqini xüsusi qeyd etmək lazımdır. Belə ki, son mil probleminin həlli ilə əlaqədar yeni tikilmiş hündür mərtəbəli binalarda optik şəbəkə avadanlıqları qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılıb, nəticədə istifadəçilərə sürətli multimedia xidmətləri göstərilməsi təmin edilib».

Qeyd edək ki, ONU stansiyası abunəçilərə NGN texnologiyası ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, IP TV, videozəng və digər multimedia xidmətlərindən istifadəsinə geniş imkanlar yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR