Bank Of Baku

KfW: Azərbaycanda «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi»nin ikinci fazasına bu il başlanacaq

KfW: Azərbaycanda «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi»nin ikinci fazasına bu il başlanacaq
# 01 fevral 2012 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda icra olunan «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi»nin birinci mərhələsi uğurla başa çatdırılıb. Bu barədə «APA-Economics»ə Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, layihənin birinci fazasına Şəki və Gəncədə kənd ərazilərinin öyrənilməsi daxil idi: «Layihənin birinci fazası artıq 2011-ci ildə uğurla başa çatıb. İkinci fazaya isə bu il ərzində başlanacaq».

N.Abdullayev onu da bildirib ki, layihənin ikinci fazası üçün KfW tərəfindən qrantın ayrılacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu il ərzində KfW Azərbaycan hökumətinə «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi»nin hazırlanması üçün 453 min avro məbləğində qrant ayırıb.

Xatırladaq ki, layihənin icrasında məqsəd göstərilən ərazilərdə daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanması, bu bölgələrdə vətəndaşların mülkiyyətində olan torpaqlardan daha səmərəli istifadəyə şərait yaradılması, əmlak bazarında aktivliyin və şəffaflığın təmin olunması, bölgədə iqtisadi inkişafın stimullaşdırılmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR