Bank Of Baku

Bu gündən Doha-Bakı aviareysi açılır

Bu gündən Doha-Bakı aviareysi açılır
# 01 fevral 2012 13:44 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu aviareys şirkətin 2012-ci ildə dünya üzrə uçuş istiqamətlərinin genişləndirilməsi proqramının başlanğıcıdır.

Aviareyslər həftənin hər günü yerinə yetiriləcək və Tiflisədək davam edəcək. Bakıdan Dohaya uçuşlar həftənin 2-ci, 4-cü və 5-ci günləri saat 18:00-da, 1-ci, 3-cü, 6-cı və 7-ci günləri isə saat 22:30-da yerinə yetiriləcək.

“Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək aviareyslərdə “biznes” sinfə aid 12 yer, “ekonom” sinfə aid 132 yer təklif olunur.

Qeyd edək ki, “Qatar Airways” aviaşirkəti 2012-ci ildə Kiqali (Ruanda), Zaqreb (Xorvatiya), Pert (Avstraliya), Mombasa (Keniya), Zənzibar (Tanzaniya), Helsinki (Finlandiya) və Qasım (Səudiyyə Ərəbistanı) istiqamətlərdə aviareyslər açılmasını planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR