Bank Of Baku

“Qatar Airways” şirkətinin icraçı direktoru: “Azərbaycanın gözəlliyini bir çox ölkələrin vətəndaşlarına nümayiş etdirmək istəyirik”

“Qatar Airways” şirkətinin icraçı direktoru: “Azərbaycanın gözəlliyini bir çox ölkələrin vətəndaşlarına nümayiş etdirmək istəyirik”
# 01 fevral 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (“AZAL”) Qətərin “Qatar Airways” aviaşirkətinin Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini həyata keçirməsi üçün hər cür köməklik göstərib. “APA-Economics”in xəbərinə görə, bu barədə “AZAL”ın vitse-prezidenti Eldar Hacıyev bildirib.

Onun sözlərinə görə, “AZAL” bu aviareysin Bakı-Tiflis marşrutu üzrə yerinə yetirilməsi üçün “Qatar Airways”ə 5-ci dərəcəli hava azadlığı verilib: “Bakıdan Tiflisə uçuşlar hər iki şirkət tərəfindən müştərək yerinə yetiriləcək. Əminəm ki, Doha-Bakı aviareysi Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq”.

“Qatar Airways” şirkətinin icraçı direktoru Əkbər əl-Bəkr isə bildirib ki, 2012-ci il aviaşirkət üçün genişlənmə ilidir: “Azərbaycan genişlənmə proqramı çərçivəsində üz tutduğumuz ilk ölkə olub. Doha-Bakı aviareysi hər iki ölkənin işgüzar dairələri tərəfindən səbirsizliklə gözlənilirdi. Ona görə də inanırıq ki, bu aviareys Azərbaycan və Qətər arasında əlaqələri daha da genişləndirəcək. Biz bir çox ölkələrin şəhərlərindən insanları Bakıya gətirib Azərbaycanın gözəlliyini onlara nümayiş etdirmək istəyirik”.

“Qatar Airways”in ötən il dünyanın ən yaxşı aviaşirkəti adını qazandığını xatırladan icraçı direktor sərnişinlərin uçuş zamanı internetdən və “Blackberry”dən istifadə edə biləcəklərini vurğulayıb: “Hazırda Avropa ölkələrinə uçuşlar şirkətin ümumi uçuşlarının 25%-ni təşkil edir. Bakı birbaşa aviareys yerinə yetirdiyimiz Avropa ölkələri arasında 28-ci, Tiflis 29-cu şəhərdir”.

Qeyd edək ki, bu gündən bu gündən Doha-Bakı aviareysi açılıb. Aviareyslər həftənin hər günü yerinə yetiriləcək və Tiflisədək davam edəcək. Bakıdan Dohaya uçuşlar həftənin 2-ci, 4-cü və 5-ci günləri saat 18:00-da, 1-ci, 3-cü, 6-cı və 7-ci günləri isə saat 22:30-da yerinə yetiriləcək. “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək aviareyslərdə “biznes” sinfə aid 12 yer, “ekonom” sinfə aid 132 yer təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR