Bank Of Baku

Hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi aviareyslər təxirə salınıb

Hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi aviareyslər təxirə salınıb
# 02 fevral 2012 06:35 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 05:25-də və 08:00-da həyata keçirilməsi planlaşdırılan «Türk Hava Yolları» aviaşirkətinə məxsus Bakı-İstanbul aviareysi təxirə salınıb: «Eyni zamanda, Bakı-Minsk, Bakı-Moskva, Bakı-Nijni Novqorod, Bakı-Praqa kimi aviareyslər də təxirə salınıb. Sabah saat 04:50-də yerinə yetiriləcək Bakı-Frankfurt reysi də təxirə salınıb. Ümumiyyətlə, bu gün aeroportdan yalnız Bakı-London aviareysi yerinə yetirilib».

Daxili aviareyslərə gəldikdə isə aeroportdan bildirilib ki, Bakı-Naxçıvan aviareysi saat 11:00-dək təxirə salınıb: «Hazırda Bakı-Gəncə aviareysinə qeydiyyat başlayıb və yəqin ki, sözügedən aviareys yerinə yetiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR