Bank Of Baku

Azərbaycanda dəmir yolu qatarlarının hərəkət sürətinə məhdudiyyət qoyulub

Azərbaycanda dəmir yolu qatarlarının hərəkət sürətinə məhdudiyyət qoyulub
# 02 fevral 2012 08:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Tbilisi-Bakı və Ağstafa-Bakı dəmir yolu reysləri Bakıya 1 saat gecikmə ilə çatacaq.

Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında Bakıdan Ağstafaya və Gəncəyə qatarlar yola düşüb, paytaxta gələn qatarlar da artıq Bakı vağzalına çatıb: «Cəmi iki reys – Tbilisi-Bakı və Ağstafa-Bakı paytaxta 1 saat gecikmə ilə gələcək. Biz qatarların hərəkət sürətinə qədər məhdudiyyət qoymuşuq ki, heç bir problem yaranmasın».

N.Əzməmmədov onu da bildirib ki, axşam saatlarında nəzərdə tutulmuş reyslər yerinə yetiriləcək və ümumiyyətlə heç bir reys təxirə salınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR