Bank Of Baku

«Azəryolservis» ASC: «Bakı şəhərində bağlı yol yoxdur»

«Azəryolservis» ASC: «Bakı şəhərində bağlı yol yoxdur»
# 02 fevral 2012 08:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hazırda «Azəryolservis» ASC-nin bütün texnikası və heyəti Bakı şəhərində avtomobil yollarının qardan təmizlənməsinə cəlb olunub. Bu barədə «APA-Economics»ə ASC-nin nümayəndəsi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtın bütün ərazisində yolların təmizlənməsi prosesi gedir: «İndi Bakı şəhərində bağlı yol yoxdur».

ASC rəsmisi Bakı-Sumqayıt avtomobil yolunun bağlı olması barədə məlumatları da təkzib edib: «Dünəndən indiyədək bu yolda problem olmayıb».

P. Mürsəliyev növbəti dəfə nasaz avtomaşınların sahibləri, əsasən də təcrübəsiz sürücüləri yola çıxmamağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR