Bank Of Baku

“American Airlines” 13 min əməkdaşını ixtisar edəcək

“American Airlines” 13 min əməkdaşını ixtisar edəcək
# 02 fevral 2012 09:16 (UTC +04:00)
Bakı - APA-Economics. “American Airlines” aviaşirkəti xərclərin azaldılması proqramı çərçivəsində 13 min əməkdaşını ixtisar edəcək.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə şirkətin menecmentinin əməkdaşlara ünvanlanmış məktubunda bildirilir.

“American Airlines” ixtisarlar hesabına personala çəkilən xərcləri 20% (1,25 mlrd. dollar) planlaşdırır. Şirkətin sahibi olan “AMR” holdinqinin prezidenti Tom Horton əməkdaşlara ünvanlanmış müraciətində qeyd edib ki, ixtisarlar menecmenti də əhatə edəcək. “AMR”in ofisində 1400 menecer ixtisar olunacaq. Bundan başqa, 400 pilot, köməkçi yay personalından 2300 nəfər, 4300 yerüstü xidmət mütəxəssisi və daha 4200 əməkdaş işi ilə vidalaşmalı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR