Bank Of Baku

Naxçıvan Muxtar Respublikasında üçrəqəmli hökumət nömrələri istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında üçrəqəmli hökumət nömrələri istifadəyə verilib
# 02 fevral 2012 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Naxçıvan Muxtar Respublikasında fiber-optik kabel xəttindən istifadə etməklə dövlət strukturları arasında üçrəqəmli nömrələnmədən istifadə edilərək hökumət nömrələri verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu işlərin yerinə yetirilməsi üçün 116,9 km fiber-optik kabel istifadə olunub. Hazırda Naxçıvan ərazisindən keçən 134 km uzunluğunda yeraltı optik xətti hər iki tərəfdən TAE (Trans Asia Europa) magistral xəttinə qoşulub.

Gömrük Komitəsi, Baytarlıq Xidməti, Sanitar-Karantin Xidməti və Gigiyena Epidemioloji Mərkəzinə fiziki xətt üzərindən sürətli internet şəbəkəsi qurulub. Ordubad rayonunun Gənzə, Şərur rayonunun Aralıq kəndlərində DSLAM avadanlığı vasitəsilə sürətli genişzolaqlı internet xidməti istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR