Bank Of Baku

Anomal hava şəraiti Türkiyə aviaşirkətlərinə hər gün 5,7 mln. dollar zərər vurur

Anomal hava şəraiti Türkiyə aviaşirkətlərinə hər gün 5,7 mln. dollar zərər vurur
# 02 fevral 2012 10:19 (UTC +04:00)
Bakı - APA-Economics. Anomal hava şəraiti Türkiyənin aviasiya sektoruna ciddi zərər vurub. “APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, dünən təxirə salınan gündəlik aviareyslərin sayı 300-ə çatıb.

Təkcə “Türk Hava Yolları”nın 210 aviareysi yerinə yetirilə bilməyib. Bu rəqəm yanvarın 30-da 190, 31-də 105 olub.

Hesablamalara görə, gündə 300 aviareysin təxirə salınması Türkiyə aviaşirkətlərinə orta hesabla hər gün 9 mln. lirə (4,5 mln. manat və ya 5,7 mln. dollar) zərər vurur.

Sərnişinlər istəklərindən asılı olaraq biletlərini dəyişdirə və ya geri qaytarıb ödədikləri pulu ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR