Bank Of Baku

Azərbaycan Tatarıstanın İT parkın yaradılması istiqamətində təcrübəsini öyrənir

Azərbaycan Tatarıstanın İT parkın yaradılması istiqamətində təcrübəsini öyrənir
# 02 fevral 2012 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları təcrübə mübadiləsi və xarici mütəxəssislərin nailiyyətləri ilə tanışlıq məqsədilə Rusiyanın Tatarıstan Respublikasının İT parkında olublar.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, İT parkla tanışlığa biznes-inkubatordan başlayan Azərbaycan nümayəndə heyəti üçün İT park haqqında təqdimat keçirilib, eləcə də biznes-inkubator çərçivəsində bir sıra layihələr barədə məlumat verilib. Bundan başqa, nazirliyin əməkdaşları Data-mərkəzə baxış keçirməklə «QLONAS+112» xəsarət alanların xilas edilməsinin koordinasiya sistemi, habelə universal elektron kartla tanış olublar. Qonaqlara Tatarıstanın «Elektron səhiyyə» və «Elektron hökumət» layihələri nümayiş olunub.

Həmçinin, azərbaycanlı mütəxəssislərin İT parkın prezidenti Dinar Nasırov, biznes-inkubator layihəsinin rəhbəri Vasil Zakiyev və Data-mərkəzin rəhbəri İskəndər Dinislamovla keçirdikləri işgüzar görüşlərdə İT parkın yaradılması və inkişaf etdirilməsi, biznes-inkubator layihəsinin iş prinsipi və Data-mərkəzin texniki aspektləri müzakirə edilib.

D.Nasırov vurğulayıb ki, biznes-inkubatorda fəaliyyət göstərən «start-up» şirkətlərin biznes mühitinə uğurlu daxil olması üçün maliyyə dəstəyinə ehtiyac duyulur. İT parkda bu kimi dəstək investisiya və vençur fondlarının verdiyi qrantlar hesabına təmin edilir. Onun sözlərinə görə, innovativ layihələrin sürətli inkişafı üçün müxtəlif növ qrantların ayrılması zəruridir. Bu səbəbdən innovativ sahibkarlığı inkişaf etdirmək üçün dövlətin əsas siyasəti qrantlar təqdim edən maliyyə institutunun yaradılması olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR