Bank Of Baku

Azərbaycanda dəmir yolu qatarlarına bu gün də əlavə vaqonlar qoşulacaq

Azərbaycanda dəmir yolu qatarlarına bu gün də əlavə vaqonlar qoşulacaq
# 03 fevral 2012 07:47 (UTC +04:00)
Nəticədə, son iki gün ərzində dəmir yolu ilə sərnişindaşıma 15% artıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, bu gün dəmir yolunda sərnişinlərin daha çox olacağı gözlənilir və bu səbəbdən tələbatı ödəmək üçün qatarlara əlavə 15-20 vaqon qoşulub: «Yəqin ki, bu gün də əlavə vaqon qoşmağa ehtiyac olacaq, artıq qoşmağa hazırlaşırıq».

Kəskin hava şəraiti qatarların faktiki hərəkət qrafikinə də təsir edib. Səfərlər təxirə salınmasa da, gecikmələr var. «Təhlükəsizlik məqsədilə qatarların sürətinə məhdudiyyət qoyulub, ona görə də qatarlar gecikmə ilə gəlir. Əsas odur ki, gec gəlsinlər, amma salamat çatsınlar», - deyə QSC rəsmisi vurğulayıb.

Gecikmələr beynəlxalq qatarlarda da müşahidə olunur. N.Əzməmmədovun sözlərinə görə, ötən gün Tümen qatarı Bakıya vaxtından gec gəlib: «Amma bu gün səhər vaxtında geri qayıdıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR