Bank Of Baku

“Azəryolservis” ASC: “Hazırda Bakının yolları bütün nəqliyyat vasitələrinin hərəkətinə imkan verir”

“Azəryolservis” ASC: “Hazırda Bakının yolları bütün nəqliyyat vasitələrinin hərəkətinə imkan verir”
# 03 fevral 2012 08:38 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolsevis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, texnikanın böyük hissəsi - 420-si ümumi istifadədə olan yollara, 157-si Bakı şəhərində istifadə edilib. İşçilərin də 1400-dən çoxu ümumi istifadədə olan yollarda, 400-dən artıq işçi isə Bakının yollarında çalışıb.

Yolların təmizlənməsi zamanı 229 ton duz istifadə olunub ki, onun da 66 tonu ümumi istifadədə olan yollarda, 163 tonu Bakı şəhərində səpilib. Eyni zamanda ölkə üzrə yollara 4050 kubmetr qum səpilib ki, bunun da 1830-u ümumi istifadədə olan yollara, 2220 kubmetri Bakı şəhəri üzrə istifadə olunub.

P.Mürsəliyev hazırda Bakı şəhərində yollarda heç bir problemin olmadığını, eləcə də Bakı-Sumqayıt yolunun açıq olduğunu bildirib: «Hazırda yollardakı vəziyyət bütün nəqliyyat vasitələrinin hərəkətinə imkan verir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR