Bank Of Baku

Bakı aeroportu daha bir neçə aviareysi qəbul edib

Bakı aeroportu daha bir neçə aviareysi qəbul edib
# 03 fevral 2012 08:46 (UTC +04:00)
Həmçinin, hazırda aeroportda bir neçə aviareys üzrə təyyarələr havaya qalxmağa hazırlaşır. Bu barədə «APA-Economics»ə hava limanından bildirilib.

Aeroportdan verilən məlumata görə, hava limanı Kiyev və dünən Aberdindən gələn, lakin hava şəraiti əlverişsiz olduğundan Gəncədə enən aviareysləri qəbul edib: «Hazırda hava limanı Almatı, Sankt-Peterburq və ötən gün Gəncədə enən Nijni Novqorod şəhərlərindən gələn aviareysləri qəbul etməyə hazırlaşır».

Bundan başqa, hazırda aeroportda Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə, Xantı-Mansiyska, Tbilisiyə, Almatıya, Sankt-Peterburqa, Surquta və Naxçıvana uçuşlara hazırlıq işləri həyata keçirilir.

Qeyd edək ki, ötən gün hava şəraiti əlverişsiz olduğundan bir çox aviareys təxirə salınıb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda təxirə salınmış və qrafik üzrə aviareyslər tədricən yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR