Bank Of Baku

“Volvo Group”un xalis mənfəəti ötən il 62% artıb

“Volvo Group”un xalis mənfəəti ötən il 62% artıb
# 03 fevral 2012 09:43 (UTC +04:00)
Bakı - APA-Economics. İsveçin məşhur avtomobil istehsalçısı “Volvo Group”un xalis mənfəəti 2011-ci ildə 61,6% artaraq 18,12 mlrd. İsveç kronu (2,7 mlrd. dollar) təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, ötən il “Volvo Group”un satış həcmi 310,367 mlrd. İsveç kronu (46,07 mlrd. dollar) olub ki, bu da illik müqayisədə 17,2% artım deməkdir.

Şirkətin əməliyyat mənfəəti isə 49,4% artaraq 26,899 mlrd. İsveç kronuna (3,99 mlrd. dollara) çatıb.

Qeyd edək ki, 1927-ci ildə ilk avtomobilini buraxan “Volvo Group” konserninin 19 ölkədə zavodu var. Məhsulları 180 ölkədə satılan şirkətdə 100 min nəfər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR