Bank Of Baku

Bakı Beynəlxalq Avtovağzalı normal iş rejiminə qayıdıb

Bakı Beynəlxalq Avtovağzalı normal iş rejiminə qayıdıb
# 03 fevral 2012 10:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı Beynəlxalq Avtovağzalı (BBA) normal iş rejimini bərpa edib. Bu barədə «APA-Economics»ə avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, indiyədək avtovağzaldan bölgələrə 102 avtobus və mikroavtobusla 2063 sərnişin yola salınıb: «Səhər saatlarında - saat 9-dək ləngimələr var idi. Sonra bu aradan qaldırıldı və hazırda maşınlar qrafiklə yola salınır».

Səhər saatlarında vaxtında yola çıxa bilməyən maşınlar sonradan gecikmə ilə də olsa, yola salınıb. Əsas çətinlik yenə də şimal istiqamətindədir - səhər saatlarında bu istiqamətə 2 reysi təxirə salmaq lazım gəlib.

Xarici ölkələrə reyslər isə qrafik üzrə yerinə yetirilir. İndiyədək Gürcüstana (Marneuli) və İrana, eləcə də İrandan keçməklə Naxçıvana avtobuslar vaxtında yola düşüb.

Avtobusların mənzil başına çatmasında da təqribən 0,5-1 saat gecikmələr var, amma bu, təhlükəsizliyin təmin olunması ilə bağlıdır. M.Abdullayevin sözlərinə görə, sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara orta sürəti azaltmaq barədə göstəriş verilib. Nəticədə orta sürət ənənəvi 60 km/saat-dan 40-50 km/saata düşüb.

Ümumilikdə isə avtobusla yola düşən sərnişinlərin sayı adi günlərə nisbətən 20-30% azalıb. BBA nümayəndələri bunu sərnişinlərin pis hava şəraitində yola çıxmaq istəməməsi ilə izah ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR