Bank Of Baku

İran kosmosa yeni peyk göndərib

İran kosmosa yeni peyk göndərib
# 03 fevral 2012 10:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün İran öz istehsalı olan “Nəvid” adlı peyki ölkə prezidenti Mahmud Əhmədinejatın iştirak etdiyi video-konfransla kosmosa göndərib.

APA-nın məlumatına görə, İranın Milli Kosmik Agentliyinin rəhbəri Həmid Fazili bildirib ki, “’Səfir”’ peyk daşıyıcısı ilə kosmosa göndərilən “Nəvid”in çəkisi 50 kq-dır və kompyuterlə idarə olunan mikropeykdir: “Bunun hesabına onu Yerdən idarə etmək mümkündür. Dünyanı 90 dəqiqəyə qət edəcək mikropeyk Yerin fotoşəkillərinin çəkilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, peyk Yerdən 250-dən 375 kilometrədək hündürlükdə şəkil çəkə bilər”.

Qeyd edək ki, “Nəvid” peykinin daha əvvəl göndərilən “Ümid” və “Rasad”dan texniki baxımdan daha üstün olduğu bildirilir. İran özünün “Ümid” adlı ilk peykini 2009-cu il fevralın 3-də buraxıb. “’Rasad”’ adlı ikinci peykini isə 2011-ci il iyunun 15-də kosmosa göndərib. 2010-cu il fevralın 3-də İran içərisində canlıların da olduğu kapsulu “’Kavoşger-3” adlı raketlə kosmosa göndərib. Bundan əlavə, İran 2012-2013-cü illərdə “Fəcr”, “Tolu” və “Zəfər” peyklərini buraxmağı planlaşdırar. Çəkisi 90 kiloqram olacaq “Zəfər” peykinin Yer ətrafında elliptik orbit üzrə dövrə vuracağı deyilir. Eyni zamanda İran 2020-ci ilə qəsər kosmosa ilk astronavtını göndərməyi nəzərdə tutur. İran həmçinin ölkədə Milli Peyk Göndərmə Mərkəzi də inşa etmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR