Bank Of Baku

Bu gün Bakı aeroportundan 7 aviareys yola salınıb və 12 aviareys qəbul olunub

Bu gün Bakı aeroportundan 7 aviareys yola salınıb və 12 aviareys qəbul olunub
# 03 fevral 2012 11:49 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə hava limanından bildirilib.

Aeroportdan verilən məlumata görə, ölkənin əsas hava limanı Praqa, Kiyev, Aberdin, Nijni Novqorod, Sankt-Peterburq, Almatı, Doha, İstanbul, Moskva («Vnukovo» və «Domodedovo» hava limanlarından), Dubay və Daşkənddən Bakıya gələn təyyarələri qəbul edib: «Bakıdan isə öz növbəsində Praqaya, Kiyevə, Surquta, Almatıya, Tbilisiyə, Sankt-Peterburqa və Dubaya aviareyslər yerinə yetirilib».

Hava limanından həmçinin bildirilib ki, hazırda Bakı-Dubay, Bakı-Daşkənd, Bakı-Xantı-Mansiysk, Bakı-Moskva, Bakı-İstanbul, Bakı-Tbilisi və Bakı-Naxçıvan aviareyslərinin həyata keçirilməsi üçün hazırlıq işləri gedir: «Eyni zamanda, biz daha bir neçə aviareysi qəbul etməyə hazırlaşırıq».

Qeyd edək ki, ötən gün hava şəraiti əlverişsiz olduğundan bir çox aviareys təxirə salınıb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda təxirə salınmış və qrafik üzrə aviareyslər tədricən yerinə yetirilir.

Xatırladaq ki, bu gün yerinə yetirilməli olan Bakı-Milan və Bakı-Paris aviareysləri isə müvafiq olaraq fevralın 5-də və 6-da həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR