Bank Of Baku

“Panasonic” şirkətini 94 illik tarixi ərzində ən böyük zərər gözləyir

“Panasonic” şirkətini 94 illik tarixi ərzində ən böyük zərər gözləyir
# 03 fevral 2012 13:35 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Panasonic” korporasiyasını 94 illik tarixi ərzində ən böyük zərər gözləyir.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, Tailanddakı daşqınlar və dünya iqtisadiyyatının artım templərinin zəifləməsi səbəbindən şirkət 10,2 mlrd. dollar zərər proqnozlaşdırır. Halbuki oktyabrda açıqlanan proqnoz 5,5 mlrd. dollar olub.

Qeyd edək ki, Tailanddakı daşqınlar və Yaponiyadakı zəlzələ “Panasonic”, “Sony Corp.” və “Sharp Corp.” kimi elektronika istehsalçılarına ciddi zərər vurub. Nəticədə şirkətlərin istehsalı və elektronikaya tələbat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR