Bank Of Baku

Azərbaycanda yanacaq daşıyan yük qatarı aşıb – FOTOSESSİYA - YENİLƏNİB

Azərbaycanda yanacaq daşıyan yük qatarı aşıb – <font color=red>FOTOSESSİYA - YENİLƏNİB</font>
# 06 fevral 2012 08:42 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» QSC-nin Yükdaşıma Departamentinin rəis əvəzi Əşrəf Məmmədəliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, gecə saatlarında baş verən hadisə nəticəsində qatarın 57 vaqonundan 6-sı relsdən çıxıb. Bu vaqonlardan 3-ü aşıb.

Qeyd edək ki, Bakıdan Gürcüstana hərəkət edən bu qatar yanacaq – qazoyl daşıyırmış.

QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, hadisə baş verən qatarın daşıdığı yük Qazaxıstana məxsus olub və Bakı-Batumi marşrutu ilə hərəkət edib. Vaqonlar hermetik olduğuna görə, aşma nəticəsində ətrafa neft məhsulu dağılmayıb. «Həmin vaqonlar artıq qaldırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb», - deyə şirkət rəsmisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR