Bank Of Baku

“Mitsubishi” Avropada avtomobil istehsalını dayandırır

“Mitsubishi” Avropada avtomobil istehsalını dayandırır
# 06 fevral 2012 09:26 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Mitsubishi Motors” şirkəti 2012-ci ilin sonunda Niderlandda avtomobil istehsalını tam dayandıracaq. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Şirkətin yerli bölməsində “Netherlands Car B.V.” (“NedCar”) istehsalın dayandırılması ilə Avropada “Mitsubishi” avtomobillərinin istehsalına son qoyulacaq. Bu zavodda “Mitsubishi Colt” və “Mitsubishi Outlander” avtomobilləri buraxılır. Hazırda müəssisədə 1500 nəfər çalışır.

“Avtomobil istehsalçıları arasında qeyri-stabil mühiti nəzərə alaraq “Mitsubishi Motors” ümumdünya istehsalının strukturunda “NedCar”ın istifadəsi üçün məqbul qərar tapa bilmir” - deyə şirkətin açıqlamasında bildirilir. “NedCar”ın 2013-cü ildəki statusu haqqında qərar isə danışıqlar və məsləhətləşmələr nəticəsində veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR